Zukerberq Tramp-ın Feysbukdakı statuslarını təhqirli hesab edir, amma..

Zukerberq Tramp-ın Feysbukdakı statuslarını təhqirli hesab edir, amma..

Feysbuk şirkətinin rəhbəri Mark Zukerberq Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın sosial şəbəkədəki bir çox yazılarını təhqiredici hesab etdiyini, ancaq onlara senzura tətbiq etmək niyyətində olmadığını bildirib.

TED.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Nəşrin yazdığına görə, Zukerberq bu açıqlamaları şirkət işçiləri ilə görüşdə səsləndirib. Məlum olduğu kimi, Feysbuk şirkətinin bir çox əməkdaşı Trampın ölkədəki sosial iğtişaşlar barədə postlarına münasibətdə rəhbərliyin mövqeyinə etiraz edir.

Zukerberq özəl şirkətlərin nəzarətçi rolunu oynamağa məcbur olmadığını bildirib və onları siyasətçilərin hansısa səhvlərinə dair göstəriş verməkdən çəkinməyə çağırıb.

Xatırladaq ki, mayın 25-də Minneapolis şəhərinin polis əməkdaşı afroamerikalı Corc Floydu saxlayıb. Saxlanılarkən polis onun boynundan dizi ilə sıxıb. Floyd boğulduğuna dair fəryad etsə də, asayiş keşikçiləri buna əhəmiyyət verməyiblər. Nəticədə afroamerikalı reanimasiyada dünyasını dəyişib. Bu isə ABŞ-da kütləvi etiraz və iğtişaşlara səbəb olub.

Mənbə: ted.az