"Facebook"-da daha bir funksiya - Köhnə paylaşımları...

"Facebook"-da daha bir funksiya - Köhnə paylaşımları...

"Facebook" sosial şəbəkəsində köhnə paylaşımları gizlətmək mümkün olacaq.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə şirkətin saytında bildirilir.

Belə ki, bundan sonra istifadəçilər köhnə yazıları arxivləşdirə və ya silə biləcəklər.

İstifadəçi paylaşımını saxlamaq və eyni zamanda başqalarından gizlətmək istəsə, yazını arxivə göndərə bilər. Köhnə paylaşımı silmək üçün isə onu "zibil qutusu"na göndərmək lazımdır. Buradan paylaşım 30 gün sonra avtomatik olaraq silinəcək.

Bundan əlavə, sosial şəbəkədə bir neçə paylaşımı eyni zamanda idarə etmək funksiyası da işə düşüb. Müəyyən bir müddətdə dərc olunan və ya müəyyən bir insanın qeyd olunduğu paylaşımları birləşdirmək, sonra isə gizlətmək, yaxud silmək mümkündür.

 

Mənbə: big.az