Facebook köhnə paylaşımlarınızı silmək üçün yeni yol təqdim elədi

Facebook köhnə paylaşımlarınızı silmək üçün yeni yol təqdim elədi

Facebook nəhayət istifadəçilərə çox sayda seçərək köhnə paylaşımları silmək üçün asan bir yol təqdim etdi. Detalları birlikdə görək.

Sosial media nəhəngi Facebook, illərdir istifadə etdiyimiz sosial media hesabınızdakı köhnə və lazımsız paylaşımları silməyə imkan verəcək “Paylaşımları İdarə et” adlı yeni xüsusiyyətini açıqladı. Bu gündən etibarən istifadəçilər üçün əlçatan olacaq xüsusiyyət hər kəs üçün aktiv olmağı bir neçə həftə çəkə bilər.

Bildiyiniz kimi, istifadəçilər əvvəlki paylaşımlarını tamamilə silmək istədikdə, üçüncü tərəf proqramlarına və ya saytlarına müraciət etməli olurdular, lakin “Paylaşımları İdarə et” adlı bu yeni xüsusiyyət ilə köhnə paylaşımlarınızı, etiketlənmiş olduğunuz paylaşımları, məzmunun növü və tarixi ilə süzgəcdən keçirə bilərsiniz. Bu yeni vasitə ilə profilinizdə illərlə yığılan paylaşım yığını asanlıqla təmizləyə bilərsiniz.

Əlbəttə ki, bəzi istifadəçilər məzmunu daima silmək barədə düşünmədikləri üçün bundan narahat olanlar da var. Sosial media nəhəngi Facebookun bunun üçün də bir həll yolu var. İstəyən istifadəçilər məzmunu tamamilə silmək əvəzinə İnstaqramdakı kimi arxivləşdirə biləcəklər. Məzmununuzu silmisinizsə, 30 gündən sonra silinən bütün ismarıclar əlçatmaz olacaq. İstəyirsinizsə, onları 30 gündən tez olaraq özünüz silə bilərsiniz.

ABŞ-da yerləşən sosial media nəhəngi Facebook, buna geciksə də, nəhayət istifadəçilərinə həll təklif etdi. Bundan əlavə, firma gizlilik nəzarətini intensiv şəkildə idarə etməyi daha asan hala gətirdi. Bu yolla istifadəçilər şəxsi məlumatlarının təhlükəsizliyi ilə bağlı narahatlıqlarını bir qədər azalda bilər. Facebook istifadə edirsinizsə, köhnə yazılarınızı vaxtaşırı yoxlamağı və ehtiyacınız olmayanları silməyi məsləhət görürük.

Mənbə: techland.az