"Kia Motors Azerbaijan" işçi axtarır – VAKANSİYA

"Kia Motors Azerbaijan" işçi axtarır – VAKANSİYA

“Kia Motors Az” MMC üçün Marketinq Meneceri tələb olunur.

İş qrafiki : 09:00-18:00/ bazar ertəsi-şənbə

Namizədə olan tələblər:

1. 3 il müvafiq (Avtomobil sahəsində iş təcrübəsinə malik olanlara üstünlük verilir) sahədə iş təcrübəsi ;
2. Müvafiq sahə üzrə ali təhsil;
3. Kompüter bilikləri (MS Office, Photoshop)
4. İngilis dili (mütləqdir) ; Rus dili biliyi (arzuolunandır);

Vəzifə öhdəlikləri:

1. Bütün marketinq, reklam tədbirlərinin idarə olunması və əlaqələndirilməsinin həyata keçirilməsi
2. Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi
3. Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması
4. Yeni və mövcud avtomobillər üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi
5. Sayta məlumatların yerləşdirilməsinə və idarəolunmasına nəzarət
6. Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi
7. Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması
8. Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi
9. Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi

Üstünlüklər:

1. Xarici ölkələrdə baş tutan seminarlarda, tədbirlərdə və təlimlərdə iştirak.
2. Yüksək təcrübə qazanmaq imkanı

Əməkhaqqı: Razılaşma əsasında

Email : [email protected]
Tələblərə uyğun olmayan və "Subject" qismində “Marketing Manager” qeyd olunmayan CV-lərə baxılmayacaq.

Mənbə: www.iqtisadiyyat.az