Ağrıkəsici koronavirusun müalicəsində istifadə olunacaq - ARAŞDIRMA

Ağrıkəsici koronavirusun müalicəsində istifadə olunacaq - ARAŞDIRMA

İngiltərədə COVID-19 xəstəliyinin müalicəsi ilə bağlı aparılacaq sınaqda “İbuprofen” dərmanının xüsusi formasından istifadə olunacaq.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Paytaxt Londondakı “Guy's” və “St Thomas” xəstəxanalarının İmperial Kolleci Xəstəxanasının mütəxəssisləri dərmanın COVID-19 xəstələri üzərində effektivliyini müşahidə edəcək.

“Liberate” (sərbəstləşdirmək) adı verilən sınağa qatılanlara dərmanın aptekdən asan əldə edə biləcəkləri forması veriləcək.

Qeyd edək ki, sözügedən preparat ağrıkəsici və antiinflamatuar kimi istifadə olunur. Daha əvvəl heyvanlar üzərində aparılan sınaqlar “İbuprofen”in kəskin tənəffüs çatışmazlığı sindromunun müalicəsində istifadə oluna biləcəyini ortaya çıxarmışdı.

Zümrüd

Mənbə: publika.az