"Google" şirkətindən maraqlı tövsiyyə

"Google" şirkətindən maraqlı tövsiyyə

"Google" şirkəti, "Messages" və "Gboard" üzərinə yeni funksiya əlavə edib. "AndroidPolice" resursu, "Google" şirkətinin sözügedən tətbiq və klaviaturada stiker tövsiyyəsini əlavə etdiyini bildirib.

Open.az xəbər verir ki, artıq ismarıc lövhəsinin üzərində stiker tövsiyyələri görünəcək.

Qeyd edək ki, "GBoard" klaviaturası, "Google" şirkəti tərəfindən hələ 2016-cı ildə ilk olaraq "iOS" platforması və daha sonra "Android" platforması üçün təqdim edilib. "GBoard" klaviaturası hətta "Google Keyboard"-u avtomatik olaraq "Android"-də belə əvəzləyə bilib.

Mənbə: open.az