Qazaxıstan PUA istehsal etmək niyyətindədir

Qazaxıstan PUA istehsal etmək niyyətindədir

“Qazaxıstan Aviasiya Sənayesi” MMC pilotsuz uçuş aparatları istehsal etməyi planlaşdırır. Ordu.az xəbər verir ki, bu barədə “Kazinform” agentliyi məlumat yayıb.
Aviasiya sənayesini və Qazaxıstan təyyarələrinin istehsalı, istismarı və təmirini həyata keçirmək üçün 2016-cı ildə fəaliyyətə başlayan “Qazaxıstan Aviasiya Sənayesi” MMC dövlət sifarişləri əsasında çoxfunksiyalı PUA-lar istehsal edəcək.
Qeyd edək ki, MMC 2018-2020-ci illərdə Qazaxıstanın An-72, Su-25 Su-27, S-295 təyyarələrinə texniki xidmət göstərib.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az