ÜST: Koronavirusun ikinci dalğası "DAĞIDICI" ola bilər

ÜST: Koronavirusun ikinci dalğası "DAĞIDICI" ola bilər

Koronavirus infeksiyası dayandırılmazsa, xəstəliyin ikinci dalğası dağıdıcı ola bailər.
BiG.AZ-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə onlayn konfrans zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Henri Kluge deyib.
Onun fikrincə, koronavirusun ikinci dalğası qaçılmazdır, lakin, buna baxmayaraq, əksər ölkələr daha öncə qoyulmuş məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb.
Eyni zamanda, ÜST əlavə edib ki, ilin əvvəli ilə müqayisədə dünyada vəziyyət düzəlmir, "COVİD-19"a qarşı vaksin isə hələ də tapılmayıb.
Natəvan Baxşiyeva

Mənbə: big.az