Vyetnamda qızıl hotel inşa edildi – Dünyada ilk dəfə/Foto

Vyetnamda qızıl hotel inşa edildi – Dünyada ilk dəfə/Foto

Vyetnamın paytaxtı Hanoyda eksteryeri və interyeri 24 karatlıq qızılla örtülmüş 5 ulduzlu hotel inşa edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vietnam İnsider” xəbər yayıb.
“Dolce Hanoi Golden Lake” adlanan hotelin inşasına 2009-cu ildən başlanılıb, ancaq hotel təzəlikcə – bayır divarlara zərgərlik tətbiq edildiyi zaman yoldan keçənlərin diqqətini cəlb etməyə başlayıb. Hotel ilk qonaqlarını iyunun 1-də qəbul edib.

“Hanoi Golden Lake” hotellər şəbəkəsinin rəsmi saytı qonaqlara “krallara xas dəbdəbə” vəd edir. “Dolce”nin vestibülünün, mebellərinin, əl-üz yuma yerinin, vannaların, həmçinin, bir sıra bəzək əşyaları və aksesuarların qızıla boyandığı bildirilir.

“Hoa Binh Group”un məlumatına görə, bu, xarici və daxili 24 karatlıq qızılla örtülmüş ilk hoteldir. Ancaq bu cür dəbdəbəni özünə rəva görən ilk hotel deyil. Belə ki, Dubayın “Burj Al-Arab” hotelində lift 22 karatlıq qızılla örtülüb. “Trump International Hotel Las Vegas” qızıl örtüklü pəncərələrə məxsusdur. Birləşmiş Ərəb Əmirliklərinin “Emirates Palace” hotelinin isə divarları və tavanı qızıldandır.

Vyetnam KİV-ləri bildirir ki, “Dolce”də bir gecənin qiyməti 250 dollardan başlayır.

Mənbə: teleqraf.com