"Facebook" istifadəçiləri köhnə yazıları gizlədə biləcək

"Facebook" istifadəçiləri köhnə yazıları gizlədə biləcək

Facebook sosial şəbəkəsinin istifadəçiləri yeni imkandan yararlanaraq köhnə yazıları bir-bir və ya qrup halında arxivləşdirə və silə biləcəklər.

"Finans.az" xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkədə şəxsi məlumatı idarə etməyə imkan verən yeni funksiya köhnə postları arxivdə başqalarından gizlətməyə şərait yaradacaq.

Qeyd edək ki, sosial şəbəkədə bir neçə postu bir anda idarə etmək üçün müəyyən dövrə və ya konkret şəxsə aid yazıları birləşdirə biləcək filtrlər əlavə edilib.Bu filtrlərin köməyi ilə postları bir-bir yox, qrup şəklində silmək və ya arxivləşdirmək mümkün olacaq.

Gülçin Cəmil

Mənbə: finans.az