Kompüterin bakılı çempion üzərində qələbəsi - VİDEO

Artıq robotlar hər hansı problemi insanlar kimi qərar verərək həll edə, bir çox sahələrdə insan əməyini əvəzləyə bilirlər.

Texnologiyanın yüksək dərəcədə inkişafı insanlıq üçün nə qədər faydalı olsa da, bir sıra riskli məsələlər də qaçınılmazdır.

Sünii intellekt, robotlaşma insan tarixinin sonudurmu? Texnologiya insanı tam mənada üstələyə bilərmi?

Müasir dövrün “İnsan və robot savaşı” Harri Kasparov və İBM şirkətininin Deep blue texnologiyası arasındakı şahmat yarışmaları ilə başlamışdı.

1985-ci ildə Karnegi-Mellon Universiteti şahmat oyunu üçün nəzərdə tutulmuş “ChipTest” kompüterinin hazırlanmasına başladı.

3 ildən sonra bu layihəyə IBM şirkəti qoşulur və layihənin adı “Deep Thought”a dəyişdirilir.

Şirkət 1989-cu ildə layihəni təcrübədən keçirtmək məqsədilə məşhur şahmatçı Harri Kasparovu yarışa dəvət edir.

1963-cü ildə Bakıda anadan olan, şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster Kasparov çox rahatlıqla kompüterə qalib gələ bilir.

1996-ci ildə IBM şirkəti təkmilləşdirdiyi “Deep Thoughts II” ilə Kasparovun növbəti matçını təşkil edir. Bu dəfə də şahmatçı süni zəka üzərində qələbə çalmağı bacarır.

1997-ci ildə təkmilləşdirilmiş “Deep Blue” və Kasparov yenidən qarşılaşır. Həmin gün ilk dəfə olaraq kompüter şahmat oyununda dünya çempionu Harri Kasparova qalib gəlir.

Bu məğlubiyyətdən sonra Kasparovun özünə ünvanladığı “daha şahmata lazım deyiləmmi” sualı bir çoxlarını da düşündürürdü.

Lakin zaman göstərdi ki, şahmat dünyası çempion kimi hər hansı texnologiyanı yox, rəqibini analiz edən, onun hərəkətlərini duyan insanı görmək istəyir.

 

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanın keçmiş prezidenti Sarkisyanın daha bir fırıldağının və saxtakarlığının üstü açıldı

SONRAKI XƏBƏR

Məşhur yutuber uşağını çinli bir ailəyə övladlıq verdi