Koronavirusun yayılmasının yavaşlama səbəbi tapıldı

ABŞ alimləri apardıqları araşdırmada ultrabənövşəyi şüaların koronavirusun artım sürətini azaltdığını ortaya qoyub. Tədqiqatın nəticələri göstərib ki, həmçinin havadakı rütubət və yağıntı epidemioloji vəziyyətə ciddi təsir göstərməyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar ABŞ-da yanvar ayının sonu ilə aprelin sonu arasında gündəlik yeni tip koronavirus hadisələri və bu rəqəmlərin hava temperaturu, yağış, eynilə ultrabənövşəyi şüalarla mümkün əlaqəsini təhlil edib.

“Science Daily”nin yazdığına görə, tədqiqat nəticəsində COVID-19-un yayılmasının hava temperaturunun 11 dərəcəyə qədər artması ilə həqiqətən azaldığı məlum olub. Lakin istiliyin hətta çox isti temperaturda davam edən koronavirusun yayılmasını təyin edən amil olmadığı vurğulanıb.

Əldə edilən məlumatlara əsasən, araşdırma qrupunun rəhbəri Şiv T. Sehra yayda infeksiyanın yayılmasının tamamilə dayanmayacağını bildirib.

Aytən Məftun

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Bakının mərkəzində halsız vəziyyətdə qalan şəxs xilas edildi

SONRAKI XƏBƏR

ABŞ-da polis tərəfindən öldürülən Corcun həyat yoldaşı DANIŞDI