Braziliyada Oksfordun hazırladığı vaksin test ediləcək

Braziliyada Oksfordun hazırladığı vaksin test ediləcək

Braziliyada bu ay Britaniyanın Oksford universiteti tərəfindən “COVID-19” əleyhinə hazırlanmış vaksini test edəcək.

REAL “CNN”ə istinadən xəbər verir ki, bu məlumat Sao Paolo Federal Universiteti tərəfindən açıqlanıb. Ölkənin Səhiyyə Nazirliyi də bu məlumatı təsdiq edib.

İlk mərhələdə peyvənd Sao Paolo və Rio de Janeyroda hər şəhərdə 1000 xəstə üzərində yoxlanılacaq.

Qeyd edək ki, bununla da Braziliya həmin peyvəndi B.Britaniyadan kənarda sınaqdan keçirən ilk ölkə olacaq.

 

Mənbə: www.realtv.az