“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Android 11” sisteminin buraxılışı təxirə salınıb

"Google" şirkəti smartfonlar üçün "Android" əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə tutulan təqdimatını ləğv edib. Bu barədə "Android" proqram tərtibatçılarının rəsmi "Twitter" hesabında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bəyanata görə, tədbir və "Android 11" əməliyyat sisteminin beta versiyasının buraxılışı qeyri-müəyyən müddətə təxirə salınıb.

İstifadəçilərin fikrincə, əməliyyat sisteminin yeni versiyasının buraxılışı ABŞ-da etiraz aksiyalarına görə ertələnib.

İstifadəçilərin bir qismi şirkətin qərarını dəstəkləyib, digəri narazı qalıb.

"Android 11" sisteminin mayın ortalarına planlaşdırılan təqdimatı bundan əvvəl koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Martın 3-də "Google" şirkəti ölümcül virusun yayılmasından ehtiyat edərək illik tədbirin keçirilməsindən imtina edib.

Milli.Az

Mənbə: news.milli.az