“Facebook” və “PayPal” İndoneziyanın “Gojek” tətbiqinə sərmayə qoyurlar

“Facebook” və “PayPal” İndoneziyanın “Gojek” tətbiqinə sərmayə qoyurlar

“Facebook” və “PayPal” İndoneziyanın Gojek xidmətinin maliyyələşdirilməsinə qoşulublar, bu barədə “Bloomberg” yazır. İnvestisiyanın həcmi açıqlanmayıb.

2015-ci ildə fəaliyyətə başlayan bu startap dərman tədarükü, klininq və sair çoxşaxəli şirkətə çevrilib. Qeyd edildiyi kimi, xidmətdə “yüz minlərlə” icraçı və 170 milyon istifadəçi qeydiyyatdadır.

Gojek xidməti “Facebook” a “WhatsApp” ı maliyyə servisinə, İndoneziyanı isə dünyanın ən perspektivli internet-bazara çevirməyə imkan verəcək. 2019-cu ilin avqustunda “Reuters” xəbər agentliyi mənbələrə istinadən “Facebook” un bu ölkədə “WhatsApp” vasitəsi ilə ödəniş etmək üçün tərəfdaş axtardığını bildirmişdi.

“Gojek” – son bir ay yarımda ikinci ən böyük sərmayədir. Aprel ayında şirkət Hindistanın “Jio” operatorunda 9,9% pay almağa razılıq vermişdir.

Bundan əlavə, “Gojek” Çinin “Alphabet” və “Tencent” şirkətlərinə sərmayə qoyub. “CB Insights” nin qiymətləndirmələrinə görə, sərmayənin həcmi 5,7 milyard dollar təşkil edib.

Mənbə: banker.az