Özünü təcrid rejimində insanların Google-da nə axtardıqları açıqlanıb

Özünü təcrid rejimində insanların Google-da nə axtardıqları açıqlanıb

Son bir neçə ay ərzində dünyada insanların vərdişləri kəskin şəkildə dəyişməyə başlayıb. Bunun səbəbi isə bir neçə amil, o cümlədən koronavirus pandemiyası göstərilir. Google şirkəti vərdişləri dəyişən insanların özünü təcrid rejimi dönəmində ən çox nə axtardıqlarını açıqlayıb.

TED.az xəbər verir ki, axtarış nəhənginin son məlumatlarına görə, koronavirusla əlaqəli məhdudiyyətlər çox sayda istifadəçinin yuxu rejiminə təsir edib.

Belə ki, istifadəçilərin əksəriyyəti “yuxusuzluq” və “yata bilmirəm” sözlərini axtarıblar. Bu cür axtarış sorğuları aprel ayında maksimum həddə çatıb.

Xatırladaq ki, aprel ayında Harvard Universitetinin alimləri öz araşdırmalarının nəticələrini dərc etmişdilər. Araşdırmaya görə, pandemiya insanın yuxusuna son dərəcə mənfi təsir göstərə bilir. Bu təsir də öz növbəsində digər psixoloji faktorlara səbəb olur.

Mənbə: ted.az