Toyota GR Yariş hetçbekinin sadə RS versiyası təqdim olunub - FOTO

Toyota GR Yariş hetçbekinin sadə RS versiyası təqdim olunub - FOTO

Yeni nəsil Toyota Yaris ilin əvvəlində ekstremal versiyada təqdim edilmişdi: üçqapılı kuzova malik olan “bərkgedən” GR Yaris hetçbeki 272 at qüvvəsi və 370 Nm fırlanma anı hasil edən 1,6-litrlik turbomühərrik, mexanik ötürmələr qutusu və tam ötürmə ilə təchiz olunur.
YPX.AZ xəbər verir ki, indi isə yapon istehsalçısı bu hetçbekin bir qədər sadə versiyasını nümayiş etdirib. Toyota GR Yaris RS adlandırılmış “qaynar” hetçbek üçqapılı kuzovu aqressiv aerodinamik dəsti qoruyub (xatırlaraq ki, adi Yaris üçqapılı versiyada təklif edilmir), lakin texniki cəhətdən mülki modeli təkrarlayır.







GR Yaris RS modifikasiyası 120 at qüvvəsi və 145 Nm fırlanma anı hasil edən 1,5-litrlik üçsilindrli atmosfer mühərriki və Direct Shift variator ilə təchiz edilir. Belə üçqapılı ilə işıqfordan güllə kimi uçmasanız da, hetçbekin idarəetmə xüsusiyyətləri sizi məmnun edə bilər, çünki avtomobilin şassi ekstremal hetçbekdə olduğu kimidir- müstəqil arxa asqı, geniş təkər izi, 18-düymlük təkər diskləri və havalandırılmalı əyləclər qorunub saxlanıbdır.
Əlbəttə ki, bütün tam ötürmənin və turbokompressorun olmaması hetçbekin kütləsinə təsir göstərməyə bilməzdi: RS versiyası ekstremal hetçbekdən 120 kq yüngüldür vəı 1130 kq-lıq çəkiyə malikdir. Şirkət hələlik GR Yaris RS modelinin dinamik xüsusiyyətlərini açıqlamayıb. Bununla belə, Toyota artıq üçqapılı GR Yaris RS modelinə sifarişlərin qəbuluna başlayıb. Modelin Yaponiyadakı satışlarına sentyabr ayında başlanacaqdır. Yaponiyadan kənarda belə hetçbek hələlik satılmayacaqdır.
İstinad edildi: autograph

Mənbə: ypx.az