Çin ordusu 4,700 metr yüksəklikdə təlimlər keçirib

Çin ordusu 4,700 metr yüksəklikdə təlimlər keçirib

Çin ordusunun Tibet Hərbi Komandanlığı 4,700 metr yüksəklikdə olan Tibet dağlarında təlimlər keçirib. Ordu.az “Global Times” nəşrinə istinadən xəbər verir ki, təlimlər gecə saatlarında keçirilib.

Təlimlərdə 2000-dən çox silah, o cümlədən minaatanlar, raketlər və s. iştirak edib.

Qeyd edək ki, son həftələr Çin və Hindistan sərhədində bir sıra gərginliklər yaşanıb.
 

 

Mənbə: ordu.az