Telefonunuz dinlənilirmi? - Ekspert bunu müəyyən etməyin yolunu açıqladı

Telefonunuz dinlənilirmi? - Ekspert bunu müəyyən etməyin yolunu açıqladı

Telefonda yükləmədiyiniz tətbiqlər ortaya çıxırsa, sizi dinləmə ehtimalı yüksəkdir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “TelecomDaily” informasiya və analitik agentliyinin rəhbəri Denis Kuskov telefonunuzun dinləmədə olduğunu müəyyənləşdirmək üçün iki əsas əlaməti açıqlayıb.

- Smartfonun özü açılır və sönürsə;

- Telefondan istifadə etməsəniz də, batareyası çox tez tükənirsə;

Kuskovun fikrincə, bütün bunlar kiminsə telefonunuzu qanuni və ya qanunsuz üsullarla dinlədiyini göstərə bilər. “Bunu aşkar etmək həmişə mümkün deyil, çünki bahalı avadanlıq istifadə olunur”, - deyə o bildirib.

Mütəxəssis qeyd edib ki, batareya smartfonda çox tez tükənirsə, bu, hansısa proqramın arxa planda işlədiyini göstərir. Bunu aydınlaşdırmaq üçün mütləq xidmət şöbəsinə müraciət etməlisiniz

Mənbə: publika.az