Yeni “Nu poqodi”də Canavarın 3D görüntüsü təqdim olunub - FOTO

Yeni “Nu poqodi”də Canavarın 3D görüntüsü təqdim olunub - FOTO

“Nu poqodi” (“Bir dayan”) cizgi serialının çoxdan gözlənilən premyerası ilə karantindən çıxmağa hazırlaşan “Soyuzmultfilm” studiyası personajı səsləndirəcək aktyorlara Canavarın yeni təsvirini yollayıb.

“Mash” “Telegram” kanalının məlumatına görə, bundan sonra Dovşanın dalınca müasir və aktual Canavar qaçacaq.

Filmin təqdimatı 2020-ci ilin payızına planlaşdırılıb. Tamaşaçıları 52 yeni seriya gözləyir.

Mənbə: www.oxu.az