Təkmilləşdirilmiş R-27 raketlərinin növbəti partiyası Belarus ordusuna təhvil verilib

Təkmilləşdirilmiş R-27 raketlərinin növbəti partiyası Belarus ordusuna təhvil verilib

BSVT şirkəti tərəfindən təkmilləşdirilən R-27 idarəolunan raketlərinin növbəti partiyası Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinə təhvil verilib. Ordu.az xəbər verir ki, bu barədə Belarus Dövlət Hərbi Sənaye Komitəsi məlumat yayıb.
Bildirilir ki, şirkət 2019-2020-ci illərdə ümumilikdə 140 ədəd A-R-147 raketlərini təkmilləşdirərək orduya çatdırıb.
Qeyd edək ki, R-27 raketləri bir çox ölkələr tərəfindən istifadə olunur.
Sevinc ƏliyevaOrdu.az

 

Mənbə: ordu.az