"SpaceX" növbəti uğura imza atdı

"SpaceX" növbəti uğura imza atdı

İlon Maskın təsisçisi olduğu “SpaceX” şirkəti gəmisini kosmosa göndərdikdən sonra fasilə vermək niyyətində deyil.

Open.az xəbər verir ki, bir neçə saat əvvəl bortunda 60 ədəd “Starlink” peykləri olan “Falcon 9” adlı növbəti raketi kosmosa göndərib.

Moskva vaxtı ilə 4:25 radələrində Florida ştatı Kanaveral boğazından raket kosmosa qalxıb.

Qeyd edək ki, bu “Starlink” peyklərinin sayca səkkizinci kosmosa göndərilməsidir. “SpaceX” şirkəti raketin kosmosa buraxılmasından sonra bu barədə məlumat paylaşıb.

“SpaceX” məlumat verib ki, şirkətin kosmosa buraxdığı peyklər xüsusi gündən qorunan qalxanlar ilə təchiz edilib. “Falcon 9” artıq Atlantik okeanda yerləşən üzən platformanın üzərinə enib.

Mənbə: open.az