Türkiyə 40 ölkə ilə avianəqliyyatı açır

Türkiyə 40 ölkə ilə avianəqliyyatı açır

İyunun 10-dan etibarən Türkiyə 40 ölkə ilə uçuşları bərpa edir.

Bizimyol.info BirGün nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və texnologiyalar naziri Adil Karaismayıloğlu məlumat yayıb.

Onun sözlərinə görə, ilk növbədə Şimali Kipr, Bəhreyn, Qatar və Yunanıstana uçuşlar bərpa ediləcək.

İkinci mərhələdə Almaniya, İsveçrə, Avstriya, İtaliya, Azərbaycan, Qazaxıstan, Belorus, Moldova, Litva, Özbəkistan, Ukrayna və digər ölkələrə uçuşlar başladılacaq.Hələ ki, Türkiyənin siyahısında Rusiyanın adı çəkilmir.

Nazir bildirib kİ, ölkəyə gələn bütün əcnəbilər koronavirus testlərindən keçiriləcək və lazım gələrsə karantinə alınacaqlar.

İlhamə Rəsulova

Mənbə: www.bizimyol.info