Hindistan şirkəti yeni zirehli yüngül nəqliyyat vasitəsini təqdim edib

Hindistan şirkəti yeni zirehli yüngül nəqliyyat vasitəsini təqdim edib

Hindistanın “Mahindra” şirkəti yüksək ballistik qoruma qabiliyyətinə malik yeni birməqsədli zirehli yüngül xüsusi nəqliyyat vasitəsini təqdim edib. Ordu.az xəbər verir ki, bu barədə şirkətin Baş direktoru Anand Mahindra özünün “Twitter” hesabında yazıb.
Yeni nəqliyyat vasitəsi saatda 120 km maksimal sürətə sahibdir və 12 saniyədə 60 km/saat sürətə çata bilir.
Yeni nəqliyyat vasitəsi HE36 əl qumbaralarına, 7.62 x 51 mm çaplı güllələrinə qarşı ballistik müdafiəyə malikdir. 4 nəfərlik yeni nəqliyyat vasitəsinin 400 kq yük daşıma qabiliyyəti var.
Sevinc Əliyeva
Ordu.az

Mənbə: ordu.az