Sony və Google şirkəti ABŞ-dakı iğtişaşlara görə onlayn tədbirlərini təxirə saldılar

Sony və Google şirkəti ABŞ-dakı iğtişaşlara görə onlayn tədbirlərini təxirə saldılar

Tədbirin təxirə salındığı yeni tarix açıqlanmayıb.

Sony və Google-un da daxil olduğu bir neçə şirkət ABŞ-dakı iğtişaşlara görə onlayn tədbirlərini təxirə salıb. Şirkət rəhbərliyi bu vəziyyətdə təqdimatların keçirilməsinin yersiz olduğuna qərar verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Sony şirkəti onlayn tədbirdə həm yeni PlayStation 5 konsolunu, həm digər oyunları göstərməyi planlaşdırmışdı.

Ən son məlumatlara görə, şirkət yeni Assassin's Creed Valhalla, The Sims 5 və digər maraqlı layihələri də daxil olmaqla bir sıra digər proyektləri də nümayiş etdirəcəkdi.

Google-a gəlincə, şirkət Android-in yeni versiyasının - Android 11-in təqdimatını sabaha, yəni 3 iyun tarixində keçirməyi planlaşdırıb. Lakin hələ ki, hər iki şirkət onlayn tədbirin hansı tarixə təxirə salındığını bildirməyib.

Mənbə: news.milli.az