1 milyondan çox dövlət işçisinin fərdi məlumatları oğurlanıb

İndoneziyada hakerlər 1,3 milyon məmurun şəxsi məlumatlarını oğurlayıblar. Məmurların şəxsi məlumatları İndoneziya Mədəniyyət və Təhsil Nazirliyinin sistemində saxlanılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, hakerlərin kimliyi hələ ki, məlum deyil.

Hakerlərin əldə etdikləri informasiya sırasına adlar, şəxsiyyət vəsiqələrin nömrələri, ev ünvanları, valideyn məlumatları və digər şəxsi məlumatlar yer alıb. Sahə üzrə mütəxəssislərin fikrincə, bu cür hadisələrin artmasının səbəblərindən biri də məsafədən iş rejiminə keçiddir.

Bununla əlaqədar olaraq, ölkənin Müdafiə Nazirliyi Zoom onlayn konfrans platformasının rəsmi sferada istifadəsini qadağan edib. Ölkə rəsmilərinin bunu milli təhlükəsizliyə təhdidlərlə izah edirlər.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda koronavirus xəstələrində ən çox hansı simptomlar olur? - Açıqlama

SONRAKI XƏBƏR

Millət vəkili teatrşünasla görüşdü