Koronavirus ilə bağlı yanlış məlumatları daha çox hansı sosial şəbəkə istifadəçiləri yayırlar?

Koronavirus ilə bağlı yanlış məlumatları daha çox hansı sosial şəbəkə istifadəçiləri yayırlar?

İngiltərədə aparılan araşdırmaya görə, koronavirus pandemiyası ilə bağlı yanlış məlumatları daha çox gənclər və nisbətən az məşhur sosial şəbəkə platformaları istifadəçiləri yayırlar.


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən platformaların sıralamasında müvafiq olaraq VKontakte, Weibo və OdnoKlassniki yer alıb.


Araşdırmanın nəticələrinə görə, yanlış məlumatları yaynların 28 faizi 18-29, 25 faizi 30-39, 15 faizi isə 40-49 və 50-59 yaş aralığındadır. 60-69 yaş aralığında olanlarda isə bu göstərici 9 faizdir. 70 yaşdan yuxarı şəxslərdə isə göstərici 7 faizə düşür.


Hesabatda qeyd olunub ki, ən az yanlış məlumatın yayıldığı sosial şəbəkə 14 faiz nisbətilə Feysbukdur. Daha sonra 18 faiz ilə Instagram gəlir. Gözlənilənin əksinə Tvitter istifadəçiləri yanlış məlumat yaymağa daha çox "həvəs göstəriblər" - 20 faiz.


Ən çox yanlış məlumat yayılan sosial medya platformalarının 44 faizlə VK, 37 faizlə Weibo, 36 faizlə OK, 34 faizlə LinkedIn, 33 faizlə TikTok, 30 faizlə Tumblr olduğu ortaya çıxıb.

Mənbə: ted.az