Elon Mask "Amazon"u inhisarçı adlandırdı

Elon Mask "Amazon"u inhisarçı adlandırdı

Bakı. Trend:

Amerikalı Elon Mask hesab edir ki, "Amazon" müəyyən sahədə inhisar qurub və buna görə də bölünməlidir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə sahibkar "Twitter" səhiəsində bildirib.

"Amazonu bölmək vaxtı çatdı. Monopoliyalar - bunlar səhvdir", E.Mask yazıb.

Sahibkar bu mesajları başqa bir istifadəçinin yazısına cavab olaraq dərc edib. Belə ki, istifadəçi "Amazon" şəbəkə xidmətinin onun yeni növ koronavirus haqqında yazdığı kitabını satmaqdan imtina etdiyindən şikayət edib.

Xatırladaq ki, "Amazon" internet üzərindən mal və xidmətlər satan dünyanın ən böyük korporasiyadır. 1994-cü ildə Jozef Bezos tərəfindən təsis edilib. Şirkətin bazar kapitallaşması hazırda təxminən 1,23 trilyon dollar dəyərində qiymətləndirilir. Korporasiyanın başçısı J. Bezos isə Bloomberg agentliyinin verdiyi məlumata əsasən dünyanın ən varlı adamıdır. Onun ümumi sərvəti 149 milyard dolları ötüb.

Mənbə: az.trend.az