Toyota Fortuner modelini də yeniləyib - FOTO

Toyota Fortuner modelini də yeniləyib - FOTO

Toyota şirkəti yenilənmiş Hilux pikapı ilə birlikdə, Cənub-Şərqi Asiya və Avstraliya bazarlarında satılan yenilənmiş Fortuner ofrouderini nümayiş etdirib. Dəyişikliklər əsasən ofrouderin xarici görünüşünə və mühərrik çeşidinə təsir göstərib. Bu gündən etibarən ofrouder daha güclü, eyni zamanda daha qənaətcil olmuş 2,8-litrlik dizel mühərriki ilə təklif edilir.


YPX.AZ xəbər verir ki, yenilənmiş Fortuner modelini bamperdə quraşdırılmış GHİ-ları, "baza" LED fənərləri, dəyişdirilmiş arxa işıqları və 18-düymlük yüngül lehimli diskləri sayəsində ayırd etmək mümkündür. Salonda baş vermiş dəyişikliklər bir qədər azdır:cihazlar panelinin tərtibatı yenilənmiş, səfər kompüterinin displeyi təkmilləşdirilmiş qrafikaya sahib olmuşdur. Salonda səkkiz düymlük sensorlu ekranı olan, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən yeni mediasistemi peyda olub.

Yeniləmə ilə birlikdə, Fortuner modeli Legender adlandırılan “zəngin” modifikasiyaya sahib olub. “Zəngin” versiya ön tərəfin xüsusi dizaynı, ikirəngli kuzovu, 20-düymlük təkər diskləri və dəri döşəməli oturacaqları ilə seçilir. Bundan əlavə, Fortuner Legender doqquz düymlük ekranı olan məlumat-əyləncə kompleksinə və dairəvi görüntü kameralarına sahib olub.

















Tailandda və Avstraliyada satılan yenilənmiş Fortuner modelinin mühərrik çeşidi dəyişməz qalıb. Bununla birlikdə, 2,8-litrlik dizel təkmilləşdirilib: mühərrikin soyutma sistemi yaxşılaşdırılıb, idarəetmə proqramı dəyişdirilib, hasilatı isə 177-dən 204 at qüvvəsinə qədər artırılıb. Aqreqatın fırlanma anı dəyişməyib – 450 Nm. Dizelin yanacaq sərfiyyatı 17 faiz azalıb. Bundan əlavə, istehsalçı asqı və sükan idarəetməsinin də yeniləndiyini bəyan edib.
Yenilənmiş Toyota Fortuner modelinin Tailand və Avstraliyadakı satışlarına bu ilin avqust ayında start veriləcəkdir.
İstinad edildi: autograph

 

Mənbə: ypx.az