“Tvitter” Trampın qaradərili vətəndaşın ölümünə həsr edilən videosunu sildi

“Tvitter” Trampın qaradərili vətəndaşın ölümünə həsr edilən videosunu sildi

Eastnews.org-un verdiyi xəbərə görə, “Tvitter” şəbəkəsinin rəhbərliyi ABŞ Prezidenti Donald Trampın Minneapolis şəhərində polis tərəfindən tutulduqdan sonra öldürülən qaradərili Corc Floydun ölümünə həsr olunan videonu silib.


Bu barədə ötən gün dövlət başçısının qərargahı açıqlayıb.


“Tvitter və Cek (Tvitter-in direktoru Cek Dorsi) Prezident Donald Trampın Corc Floyd ilə faciədən sonra birlik üçün yüksək mesajını senzuraya saldı. KİV bu çıxışı işıqlandırmaqdan imtina etdi”, - deyə Ağ Ev sahibinin seçki qərargahının mikrobloqunda yazılıb.


“Tvitter” şəbəkə rəhbərliyi 3 iyun videosunu "müəllif hüquqları sahibinin mesajına cavab olaraq" sildiyini açıqlayıb.

Mənbə: TASS

Mənbə: eastnews.org