Rusiya donanmasının yüksək sürətli patrul katerləri sınaqdan keçirilir

Rusiya donanmasının yüksək sürətli patrul katerləri sınaqdan keçirilir

Rusiya Hərbi Dəniz Qüvvələrinin son iki “Raptor” yüksək sürətli patrul katerləri Neva çayında sınaqdan keçirilir. Ordu.az xəbər verir ki, bu barədə Rusiya HDQ-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, patrul katerləri Sankt-Peterburqda yerləşən “Pella” gəmiqayırma zavodunda inşa edilib.
Sınaqlardan sonra patrul qayıqları Rusiyanın Baltik Donanmasında istismara veriləcək.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az