ABŞ “Global Hawk” PUA-larını Yaponiyadakı aviabazaya qaytarıb

ABŞ “Global Hawk” PUA-larını Yaponiyadakı aviabazaya qaytarıb

ABŞ-ın Sakit okean regionunda yerləşən Hərbi Hava Qüvvələri RQ-4 “Global Hawk” PUA-larını Quam adasında yerləşən “Andersen” aviabazasından Yaponiyanın “Yokota” aviabazasında qaytarmağa başlayıb. Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilir ki, PUA-ların qaytarılmasına səbəb əlverişsiz hava şəraitində alternativ yerlərə sahib olmaq, ABŞ-ın Hind-Sakit Okean Komandanlığının və Yaponiyanın müdafiəsinə dəstək olmaqdır.
Sevinc Əliyeva
Ordu.az
 

 

Mənbə: ordu.az