Azərbaycan Texniki Universiteti ilə “Smart Home” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Texniki Universiteti ilə “Smart Home” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Smart Home” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən universitetin fakültələrinin bakalavr və magistr tələbələri MMC-də istehsalat təcrübəsi keçəcək. Eyni zamanda, “Smart Home”un əməkdaşları üçün AzTU-da ixtisasartırma kursları təşkil ediləcək.

Əməkdaşlıq çərçivəsində elmi-texniki, innovativ yeniliklərin tətbiqi, tələbələr arasından müasir əmək bazarının tələblərinə uyğun kadrlar hazırlanması, gənc startapçıların layihələrinə dəstək göstərilməsi də həyata keçiriləcək.

AZERTAG.AZ :Azərbaycan Texniki Universiteti ilə “Smart Home” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Mənbə: azertag.az