Nəhəng silah şirkəti müflis oldu

Nəhəng silah şirkəti müflis oldu

Almaniyanın nəhəng "Sig Sauer" silah şirkəti müflis olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir, bu barədə şirkətin baş direktoru Tim Kastaqne açıqlama verib. O, qərarın onun üçün çox ağır olduğunu bildirib.

Şirkətin koronavirus epidemiyası səbəbindən çətin mərhələdən keçməsi ilə yanaşı yeni müharibə silahlarının hazırlanmasında da rəqibləri ilə rəqabət apara bilməməsinə görə çətin vəziyyətə düşüb.

Şirkətin silahlarından xüsusi təyinatlı qruplar, gizli polis, agentlər, alman, Amerikan və ingilis silahlı qüvvələri istifadə edir.

Mənbə: qaynarinfo.az