İtaliya ordusu “40 ədəd “Centauro II” zirehli döyüş maşını sifariş verib

İtaliya ordusu “40 ədəd “Centauro II” zirehli döyüş maşını sifariş verib

İtaliya ordusu “Iveco-Oto Melara Consortium” şirkətindən “Centauro II” zirehli döyüş maşınları sifariş verib. Ordu.az “Defense Aerospace” nəşrinə istinadən xəbər verir ki, İtaliya Müdafiə Nazirliyi bu maşınlardan 40 ədəd alacaq.

8x8 təkər formuluna malik 120 mm-lik artilleriya silahları ilə təmin olunan döyüş maşınları ilk dəfə 2016-cı ildə təqdim olunub.

Yeni nəsil ballistik müdafiəyə malik döyüş maşını 4 nəfərlik ekipaja malikdir. Əsas silahlanma sisteminə əlavə olaraq 7.62, 12.7 və ya 40 millimetrlik ikinci dərəcəli silah sistemi quraşdırıla bilər.

 

Mənbə: ordu.az