Tayvan “Harpoon Blok II” raket sistemləri almaq istəyir

Tayvan adminstrasiyası sahildə yerləşdirilən gəmi əleyhinə raket sistemləri almaq üçün “Boeing” şirkəti ilə danışıqlara başlayıb. Ordu.az xəbər verir ki, bu barədə adminstrasiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hazırda “Harpoon Blok II” zenit raket sisteminin tədarükü üçün şirkətlə danışıqlar aparılır.

Raket sistemlərinin 2023-cü ilə qədər adaya çatıdırlması nəzərdə tutulub.

“Harpoon Block II” 120 kilometrdən artıq mənzilə və 226,7 kiloqram ağırlığında döyüş başlığına malikdir. Raketin GPS/INS naviqasiya sistemi var.
 

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan şəhəri İrəvan - dünya siyasətində dəyişməyən aktorlar - ŞƏRH

SONRAKI XƏBƏR

Əvvəlcə Ərdoğanla görüşdü, sonra Merkel zəng etdi – Durum dəyişir