"Facebook" platforması KİV-ləri "işarələyəcək"

"Facebook" platforması KİV-ləri "işarələyəcək"

Dünyanın ən böyük sosial şəbəkəsi "Facebook" hökümət nəzarəti altında fəaliyyət göstərən KİV-in akkauntlarını işarələməyə başlayıb.

Növbəti addım olaraq isə "Facebook" sözügedən KİV-in hər ehtimala qarşı ABŞ ərazisində 2020-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində reklam yerləşdirmək imkanının belə qarşısını alacaq.

Qeyd edək ki, real işarələri artıq: Rusiyanın RT, Sputnik və Redfish, İranın Press TV və Çinin Xinhua News adlı KİV-ləri əldə ediblər. Hələ ki, 200 mənbənin adı qeyd edilən siyahı genişlənməkdədir.

"Facebook" şirkəti işarələri tədricən paylaşılan postlara belə şamil edə biləcək. Şirkət yoxlamaların 65 ekspert tərəfindən ciddi şəkildə aparılacağını bildirib. Eyni zamanda şirkət tərəfindən irəli sürülən işarələri KİV-i müəyyən qanunlar çərçivəsində təkzib belə edə biləcəklər.

Mənbə: open.az