LG-dən hibrid cihaz müjdəsi

LG-dən hibrid cihaz müjdəsi

Samsung və Huawei-dən sonra LG də qatlanan telefon istehsal etməyə qərar verib.

TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət mütəxəssisləri hibrid telefon üzərində çalışırlar. Artıq patentinin alındığı deyilən cihaz həm "ağıllı" telefon, həm dizüstü kompüter, həm də planşet kimi istifadə ediləcək.

İstehlakçıların bir cihaz almaqla üç cihaza məxsus funksiyalardan yararlana biləcəyi bildirilir.

Yayımlanan patent şəkillərinə baxdıqda ekranın yandan çəkilərək uzadılmasının mümkünlüyü gözə çarpır. Bu halda istifadəçi cihazı planşet kimi istfiadə edə biləcək. Cihazı qatladıqda isə dizüstü kompüteri əvəzləyəcək.

Qeyd edək ki, LG patenti alsa da, cihazın satışa çıxarılıb çıxarılmayacağı sual altındadır. Son illərdə qatlanan telefon modelləri ilə bağlı çoxsaylı patent müraciəti edən LG hələlik heç bir eskiz üzərində dayanmayıb.

Mənbə: ted.az