TUSAŞ tərəfindən istehsal edilən T629 helikopteri ilk dəfə nümayiş etdirilib

TUSAŞ tərəfindən istehsal edilən T629 helikopteri ilk dəfə nümayiş etdirilib

Türkiyə Aviasiya və Kosmik Sənayesi (TUSAŞ) T129 ATAK və T625 “Gökbey” helikopterindən qazandığı təcrübə əsasında istehsal edilən T629 helikopteri ilk dəfə nümayiş etdirilib. Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, helikopter Türkiyə Sənaye və Texnologiya Nazirliyinin paylaşdığı videoda görünüb.
Bildirilir ki, helikopterin çəkisi 6 tondur və ilk uçuşunu bu ilin sonunda edəcək.
Sevinc ƏliyevaOrdu.az 

 

Mənbə: ordu.az