Ermənistan koronavirusdan ölənlərin sayını azaltmaq üçün manipulyasiya edir

Ermənistan koronavirusdan ölənlərin sayını azaltmaq üçün manipulyasiya edir

Ermənistan Səhiyyə Nazirliyi COVİD-19 səbəbilə qeydə alınmış ölümlərin sayını təqdim edərkən “ölümlərin ikinci siyahısı”nı təqdim etməyə başlayıb. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu siyahıda guya başqa səbələrdən ölmüş şəxslər verilib.
Bu ikinci siyahı Ermənistan ictimaiyyəti arasında şübhələrə səbəb olub. Məsələn, iyunun 4-də Ermənistanda 6 nəfər koronavirusdan, 9 nəfər isə “başqa səbəblərlə” ölüb. Ermənistanda bir çox insan düşünür ki, koronavirusdan ölüm rəqəmlərini azaltmaq üçün bənzər manipulyasiyalardan istifadə edilir.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az