Azərbaycanda koronavirusa qarşı hansı preparatlardan istifadə olunur? – HƏKİM AÇIQLAYIR

Azərbaycanda koronavirusa qarşı hansı preparatlardan istifadə olunur? – HƏKİM AÇIQLAYIR

Koronavirus epidemiyası başlayandan bəri onun müalicəsi üçün müxtəlif dərmanlardan istifadə olunub.

Onların çoxu xəstəliyin özünü deyil, onun tipik simptomlarını aradan qaldırmaq üçün tətbiq olunur.

Maraqlıdır, Azərbaycanda koronovirusa qarşı hansı preparatlar istifadə edilir?

Cebhe.info-ya açıqlamasında karantin rejimində fəalliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası Şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev bildirib ki, koronavirusa qarşı müxtəlif preparatlardan istifadə olunur:

“Virus əleyhinə arbidol, poletra preparatlarından, həm qızdırmanı salmaq üçün, həm də iltihab əleyhinə müalicə məqsədilə parasetamoldan istifadə olunur. Ağırlaşmış pnevmaniyalı xəstələrdə əlavə bakteriyaların qoşulma ehtimalı çox olduğuna görə, antibiotiklər, xüsusən azitromitsin tətbiq edilir. Rusiyada isə koronavirusun müalicəsində istifadə olunması üçün “remdesivir” dərmanına rəsmi olaraq icazə verilib. O, dünyada koronavirusa qarşı istifadəsi qeydə alınan iki preparatdan biridir. Artıq kliniki sınaqlarda öz müsbət təsirini təsdiqləyib”.

Aydın Əliyev qeyd edib ki, Azərbaycanda bəzi hallarda remdesivir istifadə edilir:

“Ümumiyyətlə, sonu “vir”lə bitən bu dərmanlar oxşar preparatlardır. Bəzən eyni olurlar, sadəcə müxtəlif ölkələrdə fərqli adla buraxılır. Bunların hamısı müəyyən qədər köməkçi vasitələrdir. Bunlar 100 faizlik spesifikliyə malik deyillər. Tam müalicə, profilaktika yalnız vaksin vasitəsilə mümkündür. Təxminən payızadək vaksin hazır olacaq”.

Mənbə: cebhe.info