ABŞ HHQ “Reaper” PUA-larını yeniləri ilə əvəz etmək istəyir

ABŞ HHQ “Reaper” PUA-larını yeniləri ilə əvəz etmək istəyir

ABŞ Hərbi Hava Qüvvələri MQ-9 “Reaper” pilotsuz uçuş aparatlarını (PUA) 2031-ci ilə qədər yeni PUA-larla əvəz etmək istəyir. Ordu.az xəbər verir ki, bu barədə ABŞ HHQ-nin saytında məlumat yayılıb.

Bildirilir ki, MQ-9 PUA-larını əvəz edəcək vasitələr tam avtonom, stels xüsusiyyətlərə malik olmalıdır.

Qeyd edək ki, mediada ABŞ Hərbi Hava Qüvvələrinin MQ-9 PUA-larını dəyişdirmək istəyi barədə uzun müddətdir danışılır. MQ-9 PUA-ları əlverişsiz hesab olunur, bunlar müasir radarlar tərəfindən asanlıqla aşkar edilə bilir.

 

Mənbə: ordu.az