Honor Play 4 Pro ilə bədən istiliyi ölçülə biləcək

Honor Play 4 Pro ilə bədən istiliyi ölçülə biləcək

Son zamanlarda smartfon sahəsinin bir xeyli inkişafı ilə qarşımıza bir çox yeni xüsusiyyətlər çıxdı.

Ancaq Honor, xüsusilə koronavirusa görə hərarətin ölçülməsinin olduqca əhəmiyyətli olduğu bu günlərdə yeni bir xüsusiyyəti ilə qarşımıza çıxacaq.

Honor şirkətinin yeni smartfonu Honor Play 4 Pro modelində istilik sensorunu özündə saxlayacaq. Beləcə insanların bədən istiliyi ilə yanaşı, ətrafdakı obyektlərin istiliyi ölçülə biləcək.

Honor Play 4 Pro ilə bədən istiliyi ölçmək istəyən istifadəçilər, telefonun arxa qisimini alınlarına yerləşdirəcək. Beləcə telefonda olan sensor sayəsində istilik ölçülə biləcək.

Honorun Play 4 seriyasının iki smartfonu Play 4 və Play 4 Pro, 3 iyunda satışa çıxarılacaq və fəaliyyət əsnasında rəsmi olaraq tanıdılacaq.

Milli.Az

Mənbə: news.milli.az