Yaponiyada hovuz üçün koronavirusdan qoruyan maska icad ediblər

Yaponiyada hovuz üçün koronavirusdan qoruyan maska icad ediblər

Bakı. Trend:

Yaponiyada üzgüçülük məktəbi müəllimləri üçün koronavirusun yayılmasından qoruyan xüsusi su keçirməyən maska ​​hazırlanıb.

Trend-in məlumatına görə, bu barədə "The Asahi Shimbun" qəzeti bildirib.

Məhsul adi bir tibbi maska ​​şəklindədir, yalnız o polivinil xloriddən hazırlanıb və ortada burun xətti boyunca sərt bir til var. Bu, maskanın ​​içərisində hava keçməsi üçün imkan yaradır, suyun təsirindən keyfiyyətini itirmir və üzməyə mane olmur.

Belə qoruma vasitəsi yaratmaq ideyası keçmiş peşəkar üzgüçü, "Rockin pool" şirkətinin rəhbəri Dzünye Nisiqaveyə aiddir.

Mənbə: az.trend.az