İyunun 23-ü gecə Rusiya 16 raket və 352 PUA ilə Ukraynaya hücum edib.
Bu barədə Ukrayna Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən 354 hədəf məhv edilib:
“Hava Hücumundan Müdafiə Qüvvələri 150-dən çox PUA, 5 İsgəndər-K/KN-23 qanadlı raketinin hamısını və 11 “İsgəndər-K” ballistik raketindən 7-ni vurmağa nail olub. Qalan hədəflərin istiqamətləri dəyişdirilib”.
Mənbə: axar.az