Almaniya MG4 A3 pulemyotlarını gələn il əldə edəcək

Almaniya MG4 A3 pulemyotlarını gələn il əldə edəcək

Almaniya ordusunun G36 hücum tüfənginin əvəz edilməsi tarixi təxirə salınıb. Ordu.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, silahların əvəz edilməsi məsələsini Almaniya parlamenti iyun ayında müzakirə etməli idi, amma bu tarix oktyabra kimi təxirə salınıb.

Nəşr yazır ki, buna səbəb adı açıqlanmayan silah istehsalçısı tərəfindən şikayət olub.

Qeyd olunur ki, Almaniya silahlı qüvvələri MG4 A3 yüngül pulemyotlarını gələn il əldə edəcək.

 

Mənbə: ordu.az