Ötən əsrin ən mənasız avtomobil dizaynları

Ötən əsrin ən mənasız avtomobil dizaynları

Dünya avtomobil istehsalçılarının bəzən çox uğursuz modelləri olur. Amma bu modellər konseptlərdən yaranır. Yeni modelin hazırlanması xarici görünüşün dizaynından başlayır.

Milli.Az  ötən əsrin ən mənasız və uğursuz modellərinin siyahısını təqdim edir.

Honda Fuya-Jo

1999-cu ildə istehsal edilib. Bu illər avtomobilin forma və ölçüsü üzərində təcrübə illəri idi. "Honda"nın bu modeli böyük şəhərlər üçün nəzərdə tutulmuşdu və çox gülməli xarici görünüşü var idi.

Honda HP-X

1984-cü ildə istehsal edilib. Bu illərdə bazarda futurustik dizaynlı maşınlar təqdim edilirdi. "HP-X" modeli hətta "Turbo" saqqızlarına da əlavə edilmişdi. Amma avtomobilin hava müqaviməti sıfır səviyyəsində idi.

İsuzu Nagisa

1991-ci ildə istehsal edilib. Şirkət qayıq və avtomobilin sintezini istehsal etmək istəyib. Prototip həm idman maşınını, həm də cakuzini xatırladırdı.

Cadillac TAG Function Car

1978-ci ildə istehsal edilib. İş adamları üçün nəzərdə tutulub. Salonda cəmi iki oturacaq var. İki telefon və böyük televizor, yazı masası və soyuducu da var. Salonda bahalı ağacdan istifadə edilib. Cəmi 25 ədəd istehsal edilsə də, cəmi 1-i satılıb.

Tang Hua Detroit Fish

2008-ci ildə istehsal edilib. Bu avtomobildə ancaq çimərlik geyimində oturmaq olardı.

 

Mənbə: news.milli.az