Koronavirus ultrabənövşəyi işıqda ölür

Koronavirus ultrabənövşəyi işıqda ölür

Eastnews.org-un verdiyi xəbərə görə, tədqiqatçılar COVID-19 virusunun insanlar üçün təhlükəli olmayan ultrabənövşəyi işıqda məhv olduğunu müəyyən edib.

Tədqiqatın aparıcı müəllifi David Berner Kolumbiya Universitetinin Tibb və Biofizika Məktəbinin radioterapiya və biofizika professoru və Kolumbiya Universitetinin İrvinq Tibb Mərkəzindəki Radiologiya Tədqiqatları Mərkəzinin direktorudur.

1. Tədqiqatçılar hesab edirlər ki, hazırkı icazə verilən səviyyədəki qısa dalğalı ultrabənövşəyi işığın uzun spektrli işığı ilə daimi təması 8 dəqiqə ərzində havada yoluxucu virusların 90% -ni yox edir. Bu nisbət 11 dəqiqədə 95%, 16 dəqiqədə 99% və 25 dəqiqədə 99,9% -ə çatır.

2. Qısa dalğalı ultrabənövşəyi lampaların ümumi mühitdə istifadəsi məqbul və təhlükəsizdir. İnsandan insana ötürülmə riskini azalda bilər.

3. Ultrabənövşəyi lampalar xəstəxanalar, avtobuslar, təyyarələr, qatarlar, qatar stansiyaları, məktəblər, restoranlar, ofislər, teatrlar, kinoteatrlar, idman zalları və insanların toplaşdığı digər yerlərdə istifadə üçün uyğundur.

4. Ultrabənövşəyi işıq COVID-19-un yayılmasını qarşısını almaq üçün maskalardan istifadə, əlləri daim yumaq və s. kimi digər profilaktik üsullarla birləşdirilə bilər.

Mənbə: eastnews.org