Qətərin erkən xəbərdarlıq radarları üçün rabitə infrastrukturu qurulacaq

Qətərin erkən xəbərdarlıq radarları üçün rabitə infrastrukturu qurulacaq

“Raytheon” şirkəti Qətərin Erkən Xəbərdarlıq Radarlarının yerləşdiyi ərazində rabitə infrastrukturu quracaq. Ordu.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

Bildirilir ki, müqavilənin dəyəri 9.2 milyon dollardır. Müqavilədə nəzərdə tutulan işlər üçün son tarix bu ilin dekabr ayıdır.

Qeyd edək ki, şirkət 2017-ci ilin fevral ayında Dohaya erkən xəbərdarlıq radarları istehsal etmək üçün 1.06 milyard dollarlıq müqavilə imzalayıb.
 

 

Mənbə: ordu.az