Türkiyənin “TCG Anadolu” nun liman qəbulu testləri başlayıb

Türkiyənin “TCG Anadolu” nun liman qəbulu testləri başlayıb

Türkiyənin SEDEF gəmiqayırma zavodu tərəfindən istehsal olunan “TCG Anadolu” amfibik hücum gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına əsaslanaraq liman qəbulu testlərinə başlayıb. Ordu.az xəbər verir ki, testlər başa çatdıqdan sonra döyüş gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.
Normalda bu ilin sonu təhvil verilməli olan hücum gəmisi COVID-19 pandemiyası səbəbindən bir sıra gecikmələr yaşayıb.
231 metr uzunluğunda olan gəmi, həmçinin avidaşıyıcı xüsusiyyətlərinə də malikdir.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az